Onlayn ictimai-siyasi qəzet
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna boğazda qürü yük gəmisində yaranan nasazlıq səbəb olub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Akıntıburnu sahillərində İsraildən Bolqarıstana gedən 106 metrlik “B LINE” yük daşıyıcısının avadanlığında nasazlıq yaranıb. “Kurtarma-5” yedək gəmisi dərhal hadisə yerinə göndərilib.
Bundan əvvəl Boğaziçi boğazında gəmilərin hərəkəti “Annita” yükdaşıyıcısının nasazlığı səbəbindən dayandırılmışdı. Gəmini buxtada təyin olunmuş yerə yedəkləmək üçün “Kurtarma 7” və 8 yedək gəmisi, həmçinin “Kegm-82 qayığı göndərilmişdi.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ