İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda bu il 4,8 milyon toy olacaq: Ən “ucuz” toy 100 min dollar...

Hindistanda başlanan yeni toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollardan çox gəlir gətirəcək.

Musavat.com xəbər verir ki, bu məlumatı Hindistan Ticarət Konfederasiyası açıqlayıb.

Bildirilir ki, Hindistanda bir toy həyatın əsas hadisəsidir, hər hansı bir bayram və ya yubileydən daha vacibdir. Gələcək yeni evlənənlərin valideynləri uşaq anadan olan gündən kapital və cehiz toplayaraq buna hazırlaşırlar. Buna görə də Hindistanda toy büdcəsi istənilən sosial təbəqə üçün böyükdür.

Toy mövsümü adətən məhsul yığımının bitməsi ilə başlayır. Bu dövrdə əksər rayonlarda istilər azalır ki, bu da adətən açıq havada keçirilən kütləvi şənliklər üçün vacibdir. Şənlik üç gün davam edir və çoxlu sayda mərasimlər, yeməklər, mahnılar və rəqslərlə müşayiət olunur.

Payızda başlayan toylar dekabrın ortalarına qədər olur. Yeni ildə onlar yanvarın ortalarından mart ayına qədər keçirilir.

Mütəxəssislərin proqnozlarına görə, bu mövsüm Hindistanda ölkə üzrə 4,8 milyon toy olacaq ki, bu da keçən ilki 3,5 milyon toydan xeyli çoxdur. Bu onunla əlaqədardır ki, hind inancları və astrologiyası nöqteyi-nəzərindən bu il ailə qurmaq üçün daha əlverişli tarixlər var – keçən ilki 11-ə qarşı 18. Hindistanda toy günü astroloqla razılaşdırılmalıdır.

Zəngin hindlilərin bahalı toyları orta hesabla 30 milyon rupiyə (360 min dollar) başa gəlir. Bu il təxminən 50 min belə bayram gözlənilir. Ən təvazökar tədbirlər təxminən 100 min dollara başa gələcək.

Toy xərclərinə gəlinlik, zinət əşyaları, yemək, hədiyyələr, məkanın icarəsi, dekorasiya və dizayn, nəqliyyat, işıqlandırma, musiqi, foto və videoçəkiliş daxildir. Gənclər arasında populyar olan müasir xidmət sosial şəbəkələrdə toy xəbərləridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR