İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaaqn Xaçaturyan Aşqabadda Numan Kurtulmuşla görüşdü

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkiyə parlamentinin sədri Numan Kurtulmuşla qısa danışıqlar aparıb.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

“Çox qısa söhbət oldu... Eyni söhbət oldu – dinc həyat, sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması haqqında”, erməni prezident bildirib.

Onun yerli mediaya dediyinə görə, müxtəlif səviyyələrdə söhbətin mövzusu eyni olaraq qalır və bu məsələdə hər iki tərəfdən hakimiyyətin müxtəlif qolları arasında fikir ayrılığı yoxdur.

Xaçaturyanın sözlərinə görə, hamı anlayır ki, Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə keçir: “Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkələr arasında münasibətlərin tənzimlənməsi reallığa çevrilə bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR