İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə sanksiyalara görə rus turistləri itirmək istəmir

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Türkiyədə rus turistlər üçün problemlər yaradır. Bununla bağlı yerli turoperatorlar bütün problemləri yerindəcə həll etməlidirlər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin maliyyə bazarındakı mənbə “RİA Novosti”-yə bildirib.

“Bizim turoperatorlar vəziyyətin mürəkkəbliyini, ölkənin Rusiya bazarını itirə bilməyəcəyini başa düşürlər. İnsanlar bizə dincəlməyə gəldiyi üçün problemlər yerindəcə həll olunur”, - nəşrin həmsöhbəti qeyd edib.

O əlavə edib ki, bəzi çətinliklərlə baxmayaraq, indiyə qədər ölkə turizm baxımından yaxşı reputasiyasını qoruyub saxlaya bilib.

Bildirilir ki, əvvəllər Rusiyada Yeni il tətilindən sonra ən ucuz turizm istiqaməti olaraq Türkiyəni misal çəkirdiər. Hazırda Bakı da ruslar üçün sərfəli turizm istiqaməti sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR