Onlayn ictimai-siyasi qəzet
Şahruddin Məhəmmədəliyevin ardından "Qarabağ"ın daha bir futbolçusu karyerasını Türkiyyənin Super Liqa təmsilçilərindən olan "Adana Demirspor"da davam etdirə bilər.
"Mavi şimşəklər" 22 yaşlı cinah müdafiəçisi Toral Bayramovun xidmətində maraqlıdır.
Məlumata görə, Adana klubu qış transfer pəncərəsində Ağdam klubuna rəsmi təklif göndərəcək.
Bayramov bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Şahruddin "Adana Demirspor"la 2 illik müqavilə bağlayıb.//Qaynarinfo
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ