Onlayn ictimai-siyasi qəzet
Yaxın bir neçə həftə ərzində Rusiya Mərkəzi Bankının rəhbərliyində ciddi kadr dəyişikliyi ola bilər. Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir. Bir neçə mənbənin məlumatına görə, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın istefaya göndəriləcəyi, onun yerinə isə “Promsvyazbank” ın İdarə Heyətinin sədri Pyotr Fradkovun təyinatı artıq müzakirə mərhələsini keçib.
Bildirilir ki, Nabiullinaya Müdafiə Nazirliyinə hərbi maliyyəyə nəzarətlə bağlı vəzifəyə keçmək təklif olunacaq. Ona antikorrupsiya auditi, maliyyə monitorinqi sistemi və hərbi-sənaye kompleksində xərclərə nəzarət tapşırılıacaq.
ABŞ-ın nüfuzlu nəşrləri Mərkəzi Bank sədrinə xüsusi diqqət göstəriblər. Məsələn, “Politico” nəşri yazırdı ki, məhz Nabiullinanın səyləri sayəsində kollektiv Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib. Nəşr yazırdı ki, Mərkəzi Bankın rəhbəri “rublu dəfələrlə xilas edən sərt pul siyasəti aparıb”. Nabiullinanın başqa bir xidməti “Qərbin görünməmiş sanksiyalarının nəticələrinin qarşısını alması” adlanır. “Politico” qeyd edirdi ki, məhz Mərkəzi Bank rəhbərinin zəkası sayəsində Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib.
“The Economist” isə Mərkəzi Bank rəhbərinin keçmiş həmkarlarına istinadən iddia edirdi ki, onu tez-tez “Polad Elvira” adlandırırlar. Məqalədə Nabiullinanın məqsədi ucuz kreditlər əldə etmək istəyən oliqarxlarla qarşıdurmasından da bəhs edilirdi.
Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub. Mərkəzi Bankın gələcək rəhbərinin atası avtobazada sürücü, anası Züleyxa isə zavodda operator işləyib. İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb.
Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək “yol göstərən ulduzu” Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib. Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira Yasinin nazir təyin edildiyi Rusiya İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu.
Elvira Sakipzadovnanın “ulduzu” nun parlaması 1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref iqtisadi inkişaf və ticarət naziri təyin olunanda Nabiullina onun birinci müavini təyin edildi. 2007-ci ildə German Qref “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu köməkçisi təyin etdi. 2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir.
“Polad Elvira” ilə bağlı iddiaların nə qədər gerçək olduğunu bilmək üçün çox gözləmək lazım gəlməyəcək.
Musavat.com
02 May 2025
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ