Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin ediləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bunu Truth sosial hesabında yazıb: “Mən Mayk Uoltsu ABŞ-ın BMT-dəki növbəti səfiri vəzifəsinə namizəd göstərəcəyimi elan etməkdən məmnunam”.
Tramp həmçinin qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio milli təhlükəsizlik üzrə müşavir vəzifəsini də icra edəcək.
Bundan əvvəl Fox News xəbər vermişdi ki, Uolts və onun müavini Aleks Vonq mayın 1-də ABŞ Milli Təhlükəsizlik Şurasındakı vəzifələrindən qovulublar. Buna səbəb isə onların mart ayında jurnalisti dövlət rəsmilərinin Siqnal qrupuna salmalarıdır.
Musavat.com
02 May 2025
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ