İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı İsrailə meşə yanğınları ilə mübarizədə kömək edəcək

Avropa İttifaqı (Aİ) ölkəni bürüyən meşə yanğınlarının söndürülməsində İsrailə yardım edəcək.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.

"Biz Avropanın mülki müdafiə mexanizmini işə salmışıq. Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürən təyyarələr göndərilib", - AK rəhbəri yazıb.

Yəhudi Milli Fondunun məlumatına görə, çərşənbə günü səhər saatlarından İsraildə təxminən 20 kvadrat kilometr ərazi yanıb ki, bunun da yarıdan çoxu meşəlikdir.

Xatırladaq ki, mayın 30-da İsraildə həddindən artıq istilər zamanı Qüds dağlarında meşə yanğınları baş verib. Güclü, quru küləklə müşayiət olunan alov qısa müddətdə Qüdsün qərbindəki bir sıra ərazilərə yayılıb. Gün ərzində ölkənin digər ərazilərində də yanğınlar baş verib. Nəticədə avtomobil və dəmir yollarının bağlanıb. Həmçinin bəzi kəndlərdən əhali təxliyə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

01 May 2025

BÜTÜN XƏBƏRLƏR