İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ sülh üçün Putinə təzyiqi artırmalıdır"

ABŞ administrasiyası Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərini artırsa da, bu cəhdlər Rusiya şərtləri ilə kapitulyasiya kimi görünmək riski daşıyır.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin redaksiya məqaləsində bu barədə xəbərdarlıq edilib.

Nəşr yazır ki, Vaşinqtonun atəşkəs planı işğal altındakı ərazilərin əksəriyyətinin Rusiyanın nəzarətində qalmasını, sanksiyaların yüngülləşdirilməsini və Krımın “Rusiya ərazisi” kimi tanınmasını nəzərdə tutur. Ukraynaya isə yalnız qeyri-müəyyən təhlükəsizlik zəmanətləri təklif olunur və NATO üzvlüyü bu mərhələdə istisna edilir.

"Əgər ABŞ davamlı sülh istəyirsə, daha inandırıcı təkliflər irəli sürməli və Putinə bu təklifləri qəbul etməsi üçün ciddi təzyiq göstərməlidir", – deyə Bloomberg yazır.

Agentlik xatırladır ki, Ukrayna hərbi baxımdan zəif deyil və Avropanın ən böyük daimi ordusuna sahibdir. “Xalq müharibədən yorulub, lakin təslim olmağa hazır deyil”, – deyə məqalədə bildirilir.

Bundan əlavə, Bloomberg Rusiyanın üstünlüyünün göründüyü qədər möhkəm olmadığını qeyd edir. Ölkə yüksək inflyasiya, kadr çatışmazlığı, artan faiz dərəcələri və azalan valyuta ehtiyatları səbəbindən iqtisadi çətinliklərlə üzləşib. Neftin qiymətinin düşməsi də dövlət büdcəsinə ciddi təsir göstərib.

Nəşr hesab edir ki, ABŞ-ın daha səmərəli strategiyası Ukraynanın təhlükəsizlik arxitekturasına və Avropa İttifaqına inteqrasiyasını dəstəkləmək, eyni zamanda sülhü pozacağı təqdirdə Kremlə qarşı sanksiyaları sərtləşdirmək və hərbi dəstəyi artırmaq olmalıdır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

01 May 2025

BÜTÜN XƏBƏRLƏR