İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə illərlə bunu gizlətdi, indi isə NƏFƏS KƏSƏCƏK - Ərdoğan TƏSDİQLƏDİ (Videolar)

18 oktyabrda “Bloomberg” agentliyi Türkiyə ordusunun yaxınmənzilli ballistik raket olan “Tayfun”u sınaqdan keçirdiyi barədə məlumat yaydı. Məlumata görə, raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib. Bu səbəbdəndir ki, Türkiyə hökuməti “Tayfun”la  bağlı hər hansı məlumat verməkdən imtina etmişdi. 3 gün sonra Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin oktyabrın 18-də gizli şəkildə sınaqdan keçirilmiş yeni “Tayfun” ballistik raketinə sahib olduğunu təsdiqlədi. O, İstanbul Universitetində çıxışı zamanı sözügedən raketi bir ismarış adlandırdı. Dünən isə Ərdoğan Samsun şəhərində keçirilən “Gənclik görüşü” tədbirində bu sözləri işlətdi:

“İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. “Tayfun” deyirsən, indi Yunanıstan qorxur, “Afinanı vuracaq” deyir”.

Ehtiyatda olan general-mayor, Türkiyə səfirliyinin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz Musavat.com-a Yunanıstanı həyəcanlandıran “Tayfun”un özəlliklərindən danışıb.

Detallar videolarda:

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR