Onlayn ictimai-siyasi qəzet
Almaniya ilə Türkiyə arasında kabab hazırlamaq standartlarına görə gərginlik artır. Musavat.com The Telegraph-a istinadən xəbər verir ki, “Türkiyənin orijinal dönər üçün hüquqi müdafiəni təmin etmək cəhdi Almaniyanın sevimli fast-foodunun gələcəyinə son qoya bilər”.
Nəşr qeyd edib ki, Ankara yazda dönər kababının türk variantını Aİ-də qeydiyyata almaq üçün müraciət edib ki, bu da ona Fransadan gətirilən şampan və digər qeydiyyatdan keçmiş məhsullarla eyni hüquqi müdafiəni verəcək.
Bildirilir ki, Brüssel Ankaranın tərəfini tutsa, alman aşpazlar Türkiyə standartlarına uyğun yemək hazırlamağa başlamalı və ya adlarını tamamilə dəyişməli olacaqlar.
Sentyabrda Avropa Komissiyası Türkiyə və Almaniyaya dönər-kababın hazırlanması ilə bağlı mübahisəni həll etmək üçün altı ay vaxt verib.
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ