İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ədliyyə Nazirliyi Hatay həbsxanasındakı qarşıdurmaya münasibət bildirib

Türkiyənin Ədliyyə Nazirliyi zəlzələnin fəsadları fonunda Hatay həbsxanasında baş qaldıran qarşıdurma ilə bağlı açıqlamasında mətbuat və sosial şəbəkədə yayılan iddialara aydınlıq gətirib.

“Report” xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

“Hadisələrə müdaxilə zamanı məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş və bərəsində həbs qətimkan tədbiri seçilmiş 12 nəfər şəxs yaralanıb, xəstəxanaya qaldırılan yaralılardan 3-ü vəfat edib”, - nazirliyin açıqlamasında vurğulanıb.

Eyni zamanda, müəssisədə qadın məhkumlara guya təcavüz edildiyinə dair iddiaların əsassız və həqiqətəuyğun olmadığı qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR