İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə “Deutsche Welle” və “Amerikanın səsi” radiolarının yayımını bağlayır  


Türkiyə hökuməti yayım lisenziyasının olmaması səbəbindən “Deutsche Welle” və “Amerikanın səsi” radiolarına çıxışı bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Sabah” qəzeti məlumat yayıb.

“Son məlumatlara görə, Radio və Televiziya Ali Şurasından (RTÜK) yayım lisenziyası almayan alman xəbər saytı “Deutsche Welle” və ABŞ mənşəli “Amerikanın Səsi” radiosuna giriş bağlanıb.

Hər iki qurum RTÜK tərəfindən onlara edilən xəbərdarlıqdan şikayət etməyəcəklərini açıqlayıb.

“Sabah” qəzeti RTÜK-ün daha əvvəl lisenziya almadan internetdə yayım xidməti göstərmək qərarına gələn “dw.com”, “tr.euronews.com” və “americaninsesi.com” xəbər saytlarına xəbərdarlıq etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR