İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə daxil olmaqla 5 fərqli ölkə üçün daha bir ürpertici XƏBƏRDARLIQ- Görünməmiş hadisələr olacaq

 

Son zamanlar iqlimlə bağlı dəyişiklikləri hər kəs müşahidə edir.

Elə qardaş Türkiyədə nadir görülən təbiət  hadisələri bir-birinin ardınca yaşanır. Elm adamları məsələ ilə bağlı yeni araşdırma ediblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, həmin araşdırmada bu əsrin sonuna qədər bölgədə havanın temperaturunun 5 dərəcə artacağı, xüsusilə yay aylarında misli görünməmiş yandırıcı istilərin olacağı bildirilib.

Hesabata görə, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan sarsıdıcı təsirlərlə üzləşəcək. Sahil əraziləri və bir çox yerlərdə kənd təsərrüfatı torpaqları su səviyyəsinin qalxması ilə yox olmaq səviyyəsinə gələcək. Hesabatda Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da iqlim böhranından əziyyət çəkən ölkələr sırasındadır. Siyasi böhranların və münaqişələrin yaşandığı regionda iqlim böhranı ilə mübarizədə ölkələrin bir araya gəlməsinin çətin olduğu da qeyd edilib.

Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda da su problemi yaşanır və Kür çayının quruması diqqət çəkir, müzakirələrə səbəb olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR