İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə “Azov” komandirlərini Ukraynaya niyə verdi? - Peskovun versiyası

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyənin Azov komandirlərini Ukraynaya təhvil verməsi müharibə zonasındakı vəziyyətlə bağlıdır.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Peskovun sözlərinə görə, Ankara razılaşmaları pozub , mübadilə şərtlərinə görə, "Azovstal"da əsir götürülən komandirlər döyüş əməliyyatları başa çatana qədər Türkiyədə qalmalı idi.

Peskov əlavə edib ki, Kiyev rejiminin qoşunları hər gün uğursuzluqlarla üzləşir, komandirlərin Ukrayanaya verilməsi də bununla bağlıdır.

Peskov həmçinin bildirib ki, NATO sammitindən əvvəl alyansın üzvü olan Türkiyə böyük təzyiq altındadır. "Moskva hər şeyi çox yaxşı başa düşür", - Peskov yekunlaşdırıb.

Eyni zamanda, Peskov Türkiyə və Ukraynanın “Azovitlər”in ekstradisiyası ilə bağlı hərəkətlərini birbaşa razılaşmaların pozulması adlandırıb və bildiribki, bu barədə Rusiyaya xəbərdarlıq edilməyib: “Müqavilələrin pozulması heç kimə yaraşmır”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR