İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Azərbaycana sürücüsüz zirehli maşın sata bilər

“Gəmilərin və digər platformaların komanda idarəetmə sistemləri, döyüş idarəetmə sistemləri baxımından dünyada nadir şirkətlər arasında olan HAVELSAN-la bağlı Azərbaycan, Ukrayna, Pakistan və Qətərlə müqavilələr imzalamışıq”.

Musavat.com “Anadolu” Agentliyi"nə istinadən xəbər verir ki, bunu Türkiyənin HAVELSAN şirkətinin İdarə Heyətinin sədri Hacı Əli Mantar həyata keçirilən layihələrlə bağlı danışarkən bildirib.

O, HAVELSAN-ın sürücüsüz zirehli maşınlar mövzusunda bacarıqlarını “Barkan”la sübut etdiyini qeyd edib.

H.Ə.Mantarın sözlərinə görə, sürücüsüz maşınlar 5-6 ay əvvəl meydana çıxmağına baxmayaraq, Türkiyə Silahlı Qüvvələrində istifadə olunur və artıq xaricə satış üçün danışıqlar aparılır.

O, “Barkan”a namizəd ölkələr arasında Azərbaycanın olduğunu vurğulayıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR