İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Hava Yollarından 100 TL-lik uçuş biletləri

Türk Hava Yolları zəlzələ bölgəsindəki 4 şəhərdən fevralın 13-nə qədər 100 TL-yə sabit uçuşlar edəcək.

Müsavat.com xəbər verir ki, Türk Hava Yolları tərəfindən edilən açıqlamada, Adana, Diyarbəkir, Şanlıurfa və Elazığdan uçan bütün uçuşların fevralın 13-nə qədər vergilər daxil olmaqla bir istiqamətə 100 TL olaraq sabitləndiyi açıqlanıb.

THY-nin uçuşlarla bağlı verdiyi açıqlamada, "Zəlzələ bölgələrinə humanitar yardım materialları və axtarış-xilasetmə qruplarının çatdırılması üçün AFAD koordinasiyasında əməliyyatlarımızı davam etdiririk. İndiyədək 47 uçuş həyata keçirmişik. Bu çərçivədə Adana, Diyarbəkir, Şanlıurfa və Elazığ istiqamətlərinə humanitar yardım aparan təyyarələrimizin dönüş uçuşları da vətəndaşlarımız tərəfindən təmin edilir".-deyə bildirilib.

Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR