Onlayn ictimai-siyasi qəzet
“Türk axını” ilə Rusiyadan qaz nəqli Budapeşt üçün həlledici rol oynayır, Ukraynadan tranzitlə bağlı problemlər fonunda enerji təhlükəsizliyini təmin edir.
Musavat.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya-Macarıstan hökumətlərarası komissiyasının iclasının yekunları ilə bağlı deyib.
Rusiya rəsmiləri ilə danışıqlardan sonra xarici işlər naziri Moskvanın Macarıstanla qaz və neft tədarükü müqavilələrinə sadiq qaldığını vurğulayıb.
O qeyd edib ki, “Türk axını” kəməri ilə artıq 2024-cü ildə 5,3 milyard kubmetr qaz tədarük edilib: “Bu, demək olar ki, keçən ilin ümumi həcminə bərabərdir. Bu marşrutun gücləndirilməsi Macarıstan üçün çox vacibdir, çünki Ukrayna tranzitində hərbi əməliyyatlar və sanksiyalar nəticəsində yaranan fasilələrə baxmayaraq, enerji təhlükəsizliyini təmin edir. MVM və Qazprom arasında gələcək əməkdaşlıq regional qaz ticarətini stimullaşdırmaq üçün də razılaşdırılıb".
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ