Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Karib dənizindəki əməliyyatlara cavabdeh olan ABŞ Cənub Komandanlığının məsuliyyət zonasına USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi bir aviadaşıyan zərbə qrupu göndərəcək.
Musavat.com xəbər verir ki, bu, müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnellin X hesabında yaydığı açıqlamada əksini tapıb. Bildirilir ki, bu qüvvələr bölgədə narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün yerləşdiriləcək: "Prezidentin transmilli cinayətkar təşkilatları ləğv etmək və vətəni müdafiə etmək üçün narkoterrorizmlə mübarizə aparmaq göstərişini dəstəkləmək məqsədilə müdafiə naziri Pit Heqset USS Gerald R. Ford təyyarədaşıyan zərbə qrupu və onun hava qanadını ABŞ Cənub Komandanlığının məsuliyyət zonasına göndərib".
Sənəddə bildirilir ki, bu qüvvələrə narkotik qaçaqmalçılığının "izlənməsi və qarşısının alınması", eləcə də ABŞ təhlükəsizliyini təhdid edən fəaliyyətlərə imkan verilməməsi həvalə olunacaq.
Qeyd edək ki, Donald Tramp administrasiyası Venesuela prezidenti Nikolas Maduronun narkotik ticarəti ilə məşğul olan kartelə rəhbərlikj etdiyini bəyan edir. Artıq 2 aydır ki, ABŞ hərbi qüvvələri Karib dənizinin cənub hövzəsində Venesuelanı faktiki blokada vəziyyətində saxlayır.
Bu həftə Tramp Venesuela ərazisində quru əməliyyatlarına da başlayacaqlarını elan edib.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ