Onlayn ictimai-siyasi qəzet
Misli Premyer Liqasının 8-ci turunda doğma meydanda "Turan Tovuz"la qarşılaşan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
43 yaşlı mütəxəssis 2:2 hesablı heç-heçə bitən matçla bağlı belə danışıb:
"Gərgin oyun oldu. Belə də gözləyirdik. Hesabda geri düşdükdən sonra futbolçularım bir qədər panikaya düşdülər. Amma ilk yarının sonlarına doğru toparlandıq, ikinci hissədə isə daha yaxşı oynadıq.
Yeni komandayıq, tədricən təcrübə toplayacağıq və buraxdığımız qoldakı səhvləri etməyəcəyik. Bunun üçün zaman lazımdır. Hədəfimizə çatacağımıza inanıram. Hədəf isə dəyişməyib - elitada qalmaq.
"Turan Tovuz"un 90-91 faizi mənim yığdığım heyətdir. Bu komanda mənim üçün yad deyil. Ordakılarla münasibətimiz normaldır. Oyundan əvvəl rəhbərliklə dost kimi görüşdük, yəni hansısa problem yoxdur.
Tural Qurbanov qapımıza penaltini VAR-a baxıb verdi. Amma ümumilikdə çox zəif idarəçilik etdi. Hakimlər də kimandaları analiz etsələr, yaxşı olar. Qurbanova məsləhət görərdim ki, bugünkü idarəçiliyini yenidən izləsin". (fanat.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ