İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tufenkyan” Qarabağda separatizmi və terrorizmi maliyyələşdirir-25 milyon dram...  

Qarabağdakı separatçı-terrorçu rejimi maliyyələşdirib, onun ayaqda qalmasına cəhd göstərənlərdən biri də “Tufenkyan Xeyriyyə Fondu” adı ilə tanınan, əslində isə terrorçuluğu maliyyələşdirən qurumdur.

Musavat.com erməni mediasına istinadən bildirir ki, iki gün əvvəl “Tufenkyan”la qondarma rejimin oyuncaq “kənd təsərrüfatı və kənd təsərrüfatına dəstək fondu” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Tufenkyan” qondarma rejimin “kənd təsərrüfatı və kənd təsərrüfatına dəstək fondu”na 25 milyon dram köçürüb.

İddia olunur ki, razılaşmaya əsasən, “kənd təsərrüfatı və kənd təsərrüfatına dəstək fondu” ianə olunmuş pulu tam olaraq əkin dövriyyəsi proqramının təşviqi və inkişafına yönəldəcək. “Mənbənin bildirdiyinə görə, o cümlədən, ianə olunan pulla torpaq istifadəçilərinə pulsuz veriləcək yazlıq bitkilərin toxumlarının alınması nəzərdə tutulur”-xəbərdə deyilir. Əlavə olunub ki, “Tufenkyan” əvvəllər də burada “sosial-iqtisadi, təhsil, mədəniyyət və digər sahələrin inkişafına töhfə verən”  proqramlarla çıxış edib. Amma işğal dövründə bu fondun Azərbaycana qarşı törətdiyi cinayətlər saysız-hesabsızdır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi və ümumiyyətlə, beynəlxalq hüquq bu cür gizli anlaçmaları təhdid olaraq qəbul edir və qəbulolunmaz sayır. Azərbaycan sərhədləri daxilində həyata keçirilən istənilən layihələr rəsmi Bakının icazəsi ilə həyata keçirilməlidir və yəqin ki, adıçəkilən terrorçuluğu, separatçılığı maliyyələşdirən qurumla bağlı hüquqi müstəvidə addım atılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR