İnsanlara hürriyət, millətlərə istiqlal!

Tualetin divarını deşib 400-dən çox “iPhone” oğurladılar

ABŞ-nin Vaşinqton ştatının Linvud şəhərində qeyri-adi oğurluq hadisəsi olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ticarət mərkəzində “Apple Store” mağazasına bitişik kafenin tualetini deşən oğrular mağazaya daxil olaraq 400-dən çox “iPhone” telefonunu oğurlayıblar.

Linvud Polis Departamentinin məlumatına görə, oğurluq hadisəsi axşam saat 19-20 radələrində baş verib. Ertəsi gün səhər “Apple” mağazasının işçiləri işə gələndə “iPhone”lər düzülmüş divarının bütünlüklə yox olduğunu görüblər.

Bildirilib ki, mağazadan ümumilikdə təxminən 500 min dollar dəyərində mal oğurlanıb. Bunlar 436 iPhone və qeyri-müəyyən miqdarda digər “Apple” elektronik cihazlarıdır.

Qeyd edək ki, hələlik hadisə ilə bağlı həbs olunan yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR