Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, son zamanlara qədər Ramiz Mehdiyevin köməkçisi olan Eldar Əmirov həbs olunub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Eldar Əmirov siyasi elmlər doktorudur və Ramiz Mehdiyevin AMEA-ya rəhbərliyi dövründə AMEA katibliyinin rəisi vəzifəsində çalışıb.
Bu vəzifə isə Ramiz Mehdiyev AMEA prezidenti olduqdan sonra yaradılıb və ilk təyin olunan da Eldar Əmirov olub.

Hələ 2022-ci ildə E.Əmirov barəsində çoxsaylı şikayətlər olduğuna görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Nərimanov rayon məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 30 sutka həbs qərarı verilmişdi. Onun barəsində şikayətlər isə işədüzəltmə adı altında pul yığması ilə bağlı olub.
Eldar Əmirovun Ramiz Mehdiyevin baldızı oğlu olduğu da iddia olunurdu, lakin bu iddia sonradan təsdiqini tapmadı.
İndi isə Eldar Əmirov məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi olub.
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ