İnsanlara hürriyət, millətlərə istiqlal!

"MedAura" klinikasında SKANDAL: Gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ - FOTO

 

Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb. 

Musavat.com xəbər verir ki, bu barədə xəstənin yaxınları Moderator.az-a şikayət ediblər.

Məlumata görə, Budaqlı Nigar İlham qızı 30.04.2025-ci il tarixində Bakıdakı "MedAura" klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib.

Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.
 
Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.
 
Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR