Onlayn ictimai-siyasi qəzet
Ukrayna mediası Tuapse limanına hücumdan sonra çəkilmiş peyk görüntülərini yayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ən azı iki zərbə “Transneft” şirkətinə məxsus neft terminalının boru kəmərinə dəyib, həmçinin bir neft tankeri də zərər görüb.
Hesabatlarda qeyd olunur ki, bu terminal Rusiyanın cənubundakı əsas ixrac mərkəzlərindən biridir və Qara dəniz vasitəsilə ildə 7 milyon tonadək neftin daşınmasını təmin edir.
Ekspertlər bildirirlər ki, hücum Rusiyanın enerji logistikası üçün strateji zərbə hesab olunur.
Musavat.com
04 Noyabr 2025
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ