Qızı həbsdə olan Rəqsanədən danışıb ağladı
Müğənni Aysun İsmayılova "Tarixin bir günü" verilişində qonaq olub.
Musavat.com xəbər verir ki, o, ilk dəfə anasının həbsindən sonra yaşadıqlarından danışaraq göz yaşı töküb.
Sənətçi çətin günlərində ona dəstək olan insanlardan danışıb:
"Bu çətin günlərimdə mənə dəstək olanlar oldu. Bəzi yaxınlarım uzaq kimi, uzaq bildiklərim isə yaxın davrandı. Ən çox dəstəyi Tolikdən və Zenfira İbrahimovadan gördüm. Mən bu dərdlə böyüdüm, yaxşını pisdən seçə bilirəm artıq. İnanıram ki, hər şey yaxşı olacaq. Betərin betəri var. Allaha sonsuz şükürlər olsun. Bilirəm ki, anam məni izləyir. Ona demək istəyirəm ki, səni çox sevirəm, güclü ol. Dövlətimin gücünə və ədalətinə əminəm".
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ