Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp çərşənbə axşamı, yanvarın 7-də atasının adanı almaq cəhdləri fonunda Qrenlandiyaya gedəcək.
Oxu.Az xəbər verir ki, səfər faktını "Danmarks Radio" yayımçısına Qrenlandiyanın xarici işlər naziri Minnquak Kleyst təsdiqləyib.
Kleystin sözlərinə görə, Qrenlandiya hakimiyyəti kiçik Trampın səfəri barədə əvvəlcədən məlumat verib.
"Bu, şəxsi səfər olacaq. Qrenlandiya hökuməti ilə görüş üçün heç bir müraciət olmayıb", - o əlavə edib.
Qeyd edək ki, Tramp əvvəlki prezidentliyi dövründə də Qrenlandiyanı almaq arzusunu ifadə edib.
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ