Onlayn ictimai-siyasi qəzet
Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltz Ukraynanın NATO-ya üzvlüyü və Vaşinqtonun bu münaqişədəki mövqeyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ administrasiyası Kiyevin NATO-ya tamhüquqlu üzv olacağı bir ssenarini real saymır.
Uoltz vurğulayıb ki, Ukraynanın Alyansa qəbul edilməsi halında NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, ABŞ qoşunlarının birbaşa Ukraynanın müdafiəsində iştirak etməsi labüd olardı. Lakin Vaşinqton bu cür ssenarini riskli və məqsədəuyğun olmayan addım kimi dəyərləndirir.
“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, lakin Amerika qüvvələrinin bu münaqişədə birbaşa iştirakını nəzərdə tutan hər hansı variant hazırkı şəraitdə masada deyil", — deyə Uoltz bildirib.
Ekspertlər bildirirlər ki, bu açıqlama Ukraynanın NATO-ya inteqrasiya ümidlərinə ciddi zərbə vurur və münaqişənin gələcək gedişatı ilə bağlı yeni suallar doğurur. Eyni zamanda bu mövqe ABŞ-ın Avropa təhlükəsizlik siyasətindəki strategiyasına dair mühüm siqnal verir.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ