İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın İrana məktubu 50 ilin gərginliyinə son qoyacaqmı

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın məktubu ilə bağlı sualı cavablandırıb.

“Trampın məktubunda təhdidlər var. İran heç vaxt təhdidləri qəbul etməyəcək. Məktubun digər hissəsində diplomatik danışıqlara cəhd edilib”, - deyə, XİN rəhbəri vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib ki, dünyanı ən çox narahat edən məsələlərdən biri ABŞ-İran qarşıdurmasıdır.

2e418bc7d1b18b9ff8e6187589c1f875.jpg (59 KB)

Deputatın sözlərinə görə, artıq 50 ildir ki, gərgin münasibətlər həm regionda, həm də dünyada gedən proseslərə təsir edir:

“Yaxın zamanda hər iki ölkənin rəhbərliyi dəyişib. Ümid edirik ki,hər iki rəhbərlik bu qarşıdurmanın aradan qaldırılması üçün addımlar atacaqlar. Ancaq bununla belə uzunmüddətli səssizlikdən sonra bir tərəfin digər tərəfə təkliflər göndərməsini kiçik də olsa,addım adlandırmaq olar. Bu o deməkdir ki, tərəflər münasibət qurmaqda maraqlıdırlar. Baxışlar fərqlidir və 50 ilin qarşıdurması öz təsirini göstərib. Hər bir halda qarşılıqlı ittihamlar, bir-birindən zərbələr gözləməkdənsə, hətta qəbul edilməsə belə, bir-birinə tərəf addımın atılması müsbət haldır. Ümid edək ki, bu sonuncu məktub olmayacaq və tərəflər qarşılıqlı əlaqələr qurmaq üçün müxtəıif vasitələrdən istifadə edəcəklər”.

Deputat qeyd edib ki, Azərbaycanın həm ABŞ, həm də İranla yaxşı münasibətləri var.

“Çox istərdik ki, iki ölkənin münasibətləri tədricən düzəlsin və dünya bu problemdən xilas olsun”, deyə A.Mirzəzadə vurğulayıb.

Qeyd edək ki, İran tərəfinin cavab məktubu Oman vasitəsilə göndərilib. İran XİN başçısı bildirib ki, Trampın məktubunun cavabı Oman vasitəsilə göndərilib: “Bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz tam şəkildə izah edilib və qarşı tərəfə məlumat verilib”, - İran XİN rəhbəri vurğulayıb.

“İranın siyasəti maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlardan çəkinməkdir. Lakin dolayı yolla danışıqlar, əvvəlki təcrübələrdə olduğu kimi, davam edə bilər”, deyə nazir əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR