Onlayn ictimai-siyasi qəzet
Donald Trampın yeni prezidentlik dövrünün başlanğıcı ilə kütləvi deportasiya əməliyyatları həyata keçiriləcək.
Musavat.com xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ilk polis əməliyyatları Çikaqoda baş tutacaq.
Mənbələr bildirir ki, reyid çərşənbə axşamı səhər başlayacaq və bütün həftə ərzində davam edəcək. ABŞ-ın Miqrasiya və Gömrük Polisiyası əməliyyatı həyata keçirmək üçün 100-200 əməkdaş göndərəcək" – deyə qəzet yazır.
Bu addım Trampın immiqrasiya siyasətindəki sərt kursunu davam etdirmək və ölkəyə qeyri-qanuni yolla daxil olan şəxsləri geri göndərmək məqsədi güdür.
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ