İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın illərdir gizlədiyi SİRRİ ÜZƏ ÇIXDI - Şimali Koreya ilə...

Forbes jurnalına görə, Donald Tramp 2016-cı ildə seçki kampaniyası zamanı və seçildikdən sonra Cənubi Koreyada yerləşən Daewoo şirkətinə 19,8 milyon dollar borclu olub.

Musavat.com xəbər verir ki, ABŞ seçki qanunlarına görə, namizədlər və prezidentlər maliyyə izahatı sənədindəki bütün borclarını elan etməlidirlər.

Nyu-York Baş Prokurorluğu tərəfindən əldə edilən borc sənədləri göstərir ki, məbləğ 2011-ci ildən 2016-cı ilədək 19,8 milyon dollar səviyyəsində sabit qalıb. Lakin Trampın prezident seçilməsindən beş ay sonra - 30 iyun 2017-ci il tarixində balans 15,5 milyon dollar azalaraq 4,3 milyon dollara düşüb. Sənədlərdə krediti kimin ödədiyi göstərilmir.

Qeyd edək ki, Daewoo Şimali Koreya ilə əlaqələri olan və bu ölkədə iş görməsinə icazə verilən yeganə Cənubi Koreya şirkətidir.

638f2f1c4e3fe0265c5469ee.jpg (54 KB)

Xatırladaq ki, Tramp prezidentlik dövründə Şimali Koreyanı quldur kimi təqdim etmiş, lakin Sinqapur və Vyetnamda Şimali Koreya lideri Kim Çen In ilə səmimi görüşmüşdü.

Şirkətin Şimali Koreya ilə münasibətləri və Trampın həmin şirkətə borclu olması keçmiş prezidentin xarici siyasətinə yönəlmiş marağı gücləndirir.

Məlumdur ki, ABŞ hökuməti yanında Etika İdarəsi prezidentin mal-mülkünü, pulunu araşdırmaq gücündə deyil. Bu səbəbdən Nümayəndələr Palatasının Nəzarət və İslahat Komitəsinə sədrlik edən demokrat Elijah Kumminqs sözügedən sənədləri araşdırıb və Trampın mühasibat şirkətindən əlavə materiallar istəyib. Bu materiallar qanunvericilərin boşluqlarını müəyyənləşdirmək məqsədilə yeni qanun layihəsi hazırlamaq üçün tələb olunub.

Sabiq prezidentin mühasibat şirkəti olan Mazars isə sənədləri məhkəməyə təqdim etməkdən imtina edib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR