İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın ilk 100 günü: amerikalıların 70 faizi gözləntilərinin qarşılandığını deyir

ABŞ prezidenti Donald Trampın fəaliyyətinin ilk 100 günü barədə amerikalılar arasında keçirilən rəy sorğusu maraqlı nəticələr ortaya çıxarıb.

Musavat.com xəbər verir ki, "Associated Press" üçün NORC araşdırma mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə görə, ABŞ vətəndaşlarının 70 faizi Trampın prezidentlik fəaliyyətinin onların gözləntilərinə uyğun gəldiyini bildirib.

Sorğuya qatılanların yalnız 30 faizi Trampın fəaliyyətinin gözləntilərinə cavab vermədiyini qeyd edib. Bununla belə, iştirakçıların 44 faizi prezidentin əsas prioritet istiqamətləri düzgün müəyyən etmədiyini düşünür.

Ümumilikdə amerikalıların 40 faizi Trampın prezidentlik fəaliyyətini bəyənir və dəstəkləyir. Bu isə göstərir ki, prezidentin cəmiyyət arasındakı dəstək səviyyəsi hələ də kifayət qədər stabil qalır.

Qeyd edək ki, sorğu 17-21 aprel tarixlərində keçirilib və 1200-dən çox amerikalı iştirak edib. Analitiklər bildirirlər ki, bu nəticələr Tramp administrasiyasının ictimai rəy üzərində hələ də güclü təsirə malik olduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR