Onlayn ictimai-siyasi qəzet
İranın nüvə proqramı ilə əlaqəli alimlər gizli şəkildə Rusiyaya səfər ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Məlumatda bildirilir ki, 2024-cü ilin avqustunda diplomatik pasportlarla Rusiyaya gələn İran nümayəndə heyəti “Rostec” dövlət korporasiyası ilə əlaqəli elmi qurumlara, “TechnoExpert” və “Toriy” şirkətlərinə baş çəkib.
Həmin müəssisələr həm mülki, həm də hərbi sahələrdə istifadə olunan, o cümlədən nüvə silahı hazırlanmasına yararlı ikili təyinatlı texnologiyalarla işləyir.
Nümayəndə heyətinə tərkibində ABŞ-ın İranın gizli nüvə proqramının birbaşa varisi hesab etdiyi SPND adlı gizli bölmənin nüvə alimi Əli Kalvand da olub.
Qərb ekspertləri bu səfəri SPND-nin beynəlxalq sanksiyalardan yayınaraq ikili təyinatlı texnologiyalar vasitəsilə nüvə potensialı əldə etməyə yönəlmiş addımlarından biri kimi qiymətləndirir.
Səfər eyni zamanda İran alimlərinin şübhəli fəaliyyəti və xaricdən nüvə texnologiyası əldə etməyə cəhdlərinin artdığı dövrə təsadüf edib. Diqqətçəkən məqamlardan biri isə Əli Kalvandın rus dilində mükəmməl danışması və təhsilini Kiyev Politexnik Universitetində almasıdır.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ