Onlayn ictimai-siyasi qəzet
Türkiyənin ən böyük telekommunikasiya operatorlarından biri olan "Turkcell" Ukraynadakı bütün aktivlərini sataraq bu ölkədəki biznesini tamamilə dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyənin ictimaiyyətə açıq məlumatlar platforması KAP-da yayılıb.
Məlumata görə, "Turkcell" şirkəti "Lifecell", "Global Bilgi" və "Ukrtower" şirkətlərindəki 100 faiz səhm payını "DVL Telecom" konserninə satıb. Razılaşmanın ümumi dəyəri 538,7 milyon dollar təşkil edir.
Satışa yalnız səhm paketləri deyil, həmçinin bütün borc öhdəlikləri də daxildir.
Bununla da "Turkcell" 2015-ci ildən bəri fəaliyyət göstərdiyi Ukrayna telekommunikasiya bazarından tamamilə çıxmış olur. Şirkət həmin il "Lifecell" operatorunu alaraq bu bazara daxil olmuşdu.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ