İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio və Barro Azərbaycanla Ermənistan arasında sülhdən danışdılar

ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro telefon danışığı aparıblar.

Musavat.com xəbər verir ki, danışıqlar zamanı digər məsələlərlə yanaşı, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması da müzakirə olunub.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, telefon danışığında Qəzzadakı humanitar vəziyyət və atəşkəsə nail olunması səyləri, Rusiya-Ukrayna müharibəsi, Azərbaycanla Ermənistan arasında sülh prosesləri, eləcə də Sudanda davam edən münaqişə müzakirə olunub.

Rubio və Barro İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına sadiq qaldıqlarını da bəyan ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR