İnsanlara hürriyət, millətlərə istiqlal!

Ay uğrunda SAVAŞ BÖYÜYÜR: ABŞ 2030-cu ilə qədər...

ABŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) yaxın illərdə Ay səthində nüvə reaktoru qurmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, NASA rəhbərinin səlahiyyətlərini icra edən Şon Daffi bu həftə 2030-cu ilə qədər Ayda 100 kilovat gücündə nüvə reaktorunun yerləşdirilməsini nəzərdə tutan layihənin başlandığını elan edəcək.

Layihə çərçivəsində NASA 60 gün ərzində özəl şirkətlərdən təkliflər toplayacaq və layihəyə rəhbərlik edəcək şəxsi müəyyənləşdirəcək.

Agentlik vurğulayır ki, Ayda ilk nüvə reaktorunu qura bilən ölkə strateji üstünlük əldə edəcək. Belə ki, həmin ölkə həmin ərazidə bufer zona yaratmaq və digər dövlətlərin fəaliyyətini məhdudlaşdırmaq imkanına sahib olacaq.

Vaşinqtonda bu layihənin vacibliyi xüsusilə qeyd olunur. Belə ki, Çin də 2030-cu ilə qədər Ayda astronavt yerləşdirməyi planlaşdırır. ABŞ isə Rusiya və Çinin birgə ay proqramı çərçivəsində təşəbbüsü ələ alacağından ehtiyatlanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR