İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampı rüsum qərarından döndərən səbəb məlum oldu

ABŞ prezidenti Donald Trampın rüsum tətbiqi ilə hədələdiyi 3 ölkəylə ticarət göstəriciləri maraqlı məqamları üzə çıxarır.

Musavat.com-un xəbərinə görə, iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Trampın ticarət tariflərinin əsas hədəfi olan 3 ölkə ilə ticarət dövriyyəsinin həcmi ABŞ-ın bütün ticarət dövriyyəsinin 42 faizini təşkil edir.

AGAYEV.jpg (88 KB)

Ekspert qeyd edib ki, 2023-cü ilin yekunlarına görə, ABŞ-ın xarici ticarət dövriyyəsinin həcmi 5,2 trilyon dollar olub - ixrac 2 trilyon, idxal 3,2 trilyon dollar:

“Kanada, Meksika və Çin üzrə idxalın həcminə baxsaq, Meksikadan 480 miyard dollar, Çindən 448 milyard dollar, Kanadadan 431 milyard dollar. Həmin ölkələrə ABŞ-ın ixracına gəlincə, Kanadaya 353 milyard dollar, Meksikaya 323 miyard dollar, Çinə 148 milyard dollar.

Ticarət balansının kəsirinə baxsaq, ən böyük defisit Çinlədir - təxminən 300 milyard dollar. ABŞ-ın Meksika ilə 157, Kanadayla 78 milyard dollarlıq ticarət defisiti var.
Ölkənin bütün ticarət kəsirinin 46 faizi bu 3 ölkənin payına düşür. Əslində bu göstərici 3 ölkənin ABŞ-ın ümümi xarici ticarət dövriyyəsindəki payına (42 faiz) proporsionaldır.

ABŞ-ın ticarət müharibəsi elan etdiyi 3 ölkə arasında ən əlverişsiz ticarət münasibətlərində olduğu ölkə Çindir. ABŞ-ın Çinə ixracının həcmi Kanada və Meksikaya ümumi ixracından 5 dəfə azdır. Amma Çindən idxalı ayrı-ayrılıqda bu 2 ölkədən idxalın həcminə yaxın məbləğdədir”.

Beləliklə, aydın olur ki, Tramp qərarını ertələməsəydi, ABŞ-a idxal olunan 1,4 trilyon dollarlıq məhsul ən azı 10 faiz bahalaşacaqdı. Bundan əlavə, həmin məhsullardan istehsal edilən digər məhsullarda da ciddi bahalaşma olacaqdı. Təkcə Kanada neftindən emal edilən benzinin qiymətində mümkün artımı qeyd etmək kifayətdir: ABŞ ev təsərrüfatları üçün ən mühüm xərc maddəsi məhz benzin xərcləridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR