İnsanlara hürriyət, millətlərə istiqlal!

Britni Spirs ciddi zədə aldı: "Həqiqətən dəhşətli idi" - FOTO

Amerikalı pop ulduz Britni Spirs bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı dostunun evində pilləkənlərdən yıxılaraq ayağını zədələyib. Müğənni bu barədə instaqram hesabında paylaşım edib.

Spirs bildirib ki, hadisə zamanı ciddi ağrı hiss edib və sınıqdan şübhələnib:

"Dostumun evində pilləkənlərdən yıxıldım. Həqiqətən dəhşətli idi. Sınıq olub-olmadığını bilmirdim, amma indi daha yaxşıyam".

Britni əlavə edib ki, hazırda vəziyyəti sabitdir və sağalma prosesi davam edir. Onun paylaşdığı videoda ayağının hələ də sarğıda olduğu görünür. 

1296937.jpg (18 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR