Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir ki, Ərdoğan rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib və Moskva ilə münasibətlərin sabitlik və qarşılıqlı hörmət əsasında davam etməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı Ərdoğan Qəzzədə atəşkəsin təmin olunması və humanitar yardımın çatdırılması üçün ilk addımların atılması istiqamətində Ankaranın səylərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, regionda sabitliyin bərpası yalnız siyasi və diplomatik vasitələrlə mümkündür.
Türkiyə lideri həmçinin Ukrayna böhranının diplomatik yollarla həllinin zəruriliyinə diqqət çəkib və bu istiqamətdə Ankara vasitəçilik səylərini davam etdirmək niyyətində olduğunu qeyd edib.
Telefon danışığında Rusiya–Türkiyə iqtisadi əməkdaşlığının genişləndirilməsi və regional enerji layihələrinin gələcək perspektivləri də müzakirə olunub.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ