Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya münaqişəsi ilə bağlı sensasion açıqlamalar verib. Onun sözlərinə görə ümid edir ki, Ukrayna öz ərazilərinin bir hissəsini geri qaytara biləcək.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinlə bu mövzuda apardığı müzakirələrə toxunub. Onun sözlərinə görə, Putin Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə sülh sazişi çərçivəsində etiraz etmədiyini deyib.
Sülh razılaşmasının bir hissəsi kimi Ukraynanın bəzi ərazilərdən imtina edib-etməyəcəyi ilə bağlı suala cavab verən Tramp, “Baxarıq” deyə qeyri-müəyyən münasibət bildirib.
NATO ilə bağlı fikirlərini də bölüşən Tramp, alyansı, "hər şey düzgün edilsə, yaxşı bir şeydir” sözləri ilə dəyərləndirib.
Tramp Ukraynada davam edən müharibənin Üçüncü Dünya müharibəsinə çevrilə biləcəyini də vurğulayıb. O, ABŞ-ın belə bir nəticənin qarşısını almaq üçün qətiyyətlə çalışdığını bildirib.
Musavat.com
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ