İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan mühüm görüş ərəfəsində Putinə xəbərdarlıq: Çox ciddi nəticələr olacaq...

ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putin iki liderin bu həftənin sonunda Alyaskada keçiriləcək zirvə görüşündən sonra Ukraynaya qarşı müharibəni dayandırmağa razılıq verməsə, “çox ciddi nəticələr” olacaq. Musavat.com xəbər verir ki, məlumatı Associated Press yayıb.

Bildirilir ki, Tramp bu sözləri Vaşinqtonda Kennedi Mərkəzinin builki mükafatları elan edildikdən sonra müxbirin sualına cavab olaraq deyib. ABŞ prezidenti Ankoricdəki görüşdən dərhal sonra Putinlə Ukrayna prezidenti Vladimir Zelenskinin görüşünün keçirilməsi üçün yaxşı şansın yaranacağını bildirib: “Əgər birinci görüş yaxşı keçərsə, mən dərhal Putin, Zelenski və istərlərsə, mənim də iştirakımla ikinci görüşün keçirilməsini istərdim”.  

Jurnalist Putin bununla razılaşmasa nə olacağını soruşduqda ABŞ prezidenti “çox ciddi nəticələrin” olacağını qeyd edib. O, hansı nəticələri nəzərdə tutduğunu açıqlamayıb. Bu açıqlamalar Trampın Ankoricdə Putinlə görüşündə prezidentin Ukraynada atəşkəs üçün vasitəçilik etməyə çalışmağı prioritet edəcəyinə əmin olduğunu bildirən Avropa liderləri ilə məsləhətləşmədən qısa müddət sonraya təsadüf edib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR