İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Maskla bağlı ŞOK - 130 GÜN QALIB

ABŞ prezidenti Donald Tramp DOGE-nin (ABŞ Hökumətin Səmərəliliyi Departamenti) fəaliyyətini dayandıracağını və İlon Maskın 130 gün ərzində işdən çıxarılacağını söyləyib.

Musavat.com-un məlumatına görə, Tramp bazar ertəsi günü bəyan edib ki, “müəyyən bir məqamda” Hökumətin Səmərəlilik Departamentinin fəaliyyəti dayandırılacaq. 

Bunun səbəbi isə İlon Maskın yalnız 130 gün müddətinə xüsusi xidmətçi qismində hökumətə xidmət etməsidir.

"O, idarə etməli olduğu böyük bir şirkətə sahibdir, buna görə də nə vaxtsa öz şirkətinə qayıdacaq. Mən onu bacardığım qədər burada saxlayacağam. O, çox istedadlı biridir, bilirsiniz, mən ağıllı insanları çox sevirəm. O, həqiqətən ağıllıdır və yaxşı iş görüb", – Tramp "Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru haqqında bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR