İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Putinin görüşündən sonra “bədən dili” müzakirə olunur - QALİB KİMDİR

Musavat.com xəbər verir ki, Britaniya psixoloqu, Oksford universitetinin professoru və bədən dili üzrə mütəxəssis Piter Kollett Alyaskada keçirilən Tramp–Putin sammiti barədə diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə, görüşün əvvəlindəki ab-hava ilə mətbuat konfransındakı atmosfer tamamilə fərqli olub.

Kolletin təhlilinə görə, hava limanında baş tutan salamlaşma və görüşün başlanğıcı iki liderin dostluq və yaxınlıq nümayiş etdirdiyi bir tablo yaratmışdı. Tramp və Putin öz davranışları ilə sanki uzun müddətdir bir-birini tanıyan köhnə tərəfdaşlar kimi görünüblər. ABŞ prezidentinin bu davranışı digər dövlət başçıları ilə görüşlərindəki münasibətlərindən kəskin şəkildə fərqlənib.

Lakin mətbuat konfransına yaxınlaşdıqca Trampın bədən dili dəyişib. Ekspertin sözlərinə görə, Tramp artıq Putinə baxmaqdan çəkinib, çünki bu, ona “uğursuzluğunu” xatırladıb. Onun dodaqlarını sıxması daxili özünüidarə jesti kimi qiymətləndirilib. Kollett qeyd edir ki, Tramp bu məqamda açıq danışmaq istəmədiyi fikirlər üzərində düşünürdü.

Mütəxəssis bildirib ki, Tramp görüşdən sonra məyus görünsə də, özünü və ətrafını inandırmağa çalışıb ki, hələ də ümidverici perspektivlər qalır. “Əgər bədən dilini oxusaq, aydın görünür ki, onun beynində gizli bir fikir dolaşırdı: ‘Lənət olsun, bu, ümid etdiyim kimi alınmadı’,” – deyə ekspert vurğulayıb.

Jurnalistlərə sual verməyə icazə verilməyən final bəyanatından görüntülər də yayımlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR