İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp üz döndərdi, Starmer onu bağrına basdı, 80 dəqiqə... – Böyük Britaniya Ukraynanın... - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında görüş dünya mediasının diqqət mərkəzindədir. The Telegraph qəzetinin məlumatına görə, danışıqlar təxminən 1 saat 20 dəqiqə davam edib və liderlərin səmimi qucaqlaşması ilə başlayıb. Daha sonra jurnalistlərin iştirakı ilə qısa bəyanatlar verilib.

Görüş zamanı Kir Starmer Ukraynanı dəstəklədiklərini açıq şəkildə bildirib: “Böyük Britaniya Ukraynanın tərəfindədir və biz dəstəyimizi davam etdirəcəyik.”

Ukrayna lideri Zelenskiy, İngiltere'de böyle karşılandı! Starmer'den tam  destek vurgusu - Son Dakika Haberleri Milliyet

Zelenski isə Böyük Britaniyanın davamlı yardımına görə təşəkkür edərək bildirib:

“Biz sizin dəstəyinizə güvənirik və Böyük Britaniyanın Ukrayna üçün strateji tərəfdaş olduğunu bilirik.”

Məlumata görə, Zelenski sabah Londonda keçiriləcək Avropa liderləri sammitində iştirak edəcək. Bundan əlavə, axşam saatlarında o, Böyük Britaniya Kralı III Çarlz ilə görüş üçün saraya dəvət olunub.

Musavat.com xatırladır ki, Zelenskinin Londona səfəri Böyük Britaniyanın Ukraynaya 2,26 milyard funt sterlinqlik müdafiə krediti ayırması ilə eyni vaxta təsadüf edir. Bu kredit çərçivəsində Ukrayna hərbi texnika və silah tədarükünü gücləndirməyi planlaşdırır.

Ukraine's fate more precarious than ever after dramatic Trump-Zelensky clash

Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Zelenski ilə Ağ evdə sərt münaqişə edib, onu "Oval kabinet"dən qovub. Tramp jurnalistlərin kameraları qarşısında 8 dəqiqə V. Zelinski ilə sözlü münaqişə edib.

You have full backing across the UK': British PM Starmer hugs Zelensky in  London after tense exchange with Trump | World News - Hindustan Times

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Trampa gözdağı verərək, Zelinskini bağrına basdı və 80 dəqiqə rəsmi görüş keçirərək, üstəlik, milyardlarla yardım qərarı verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR