Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Kiyev və Vaşinqton arasında nadir torpaq metallarına dair sazişin imzalandığını açıqlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, daha əvvəl sazişin imzalanması Trampın Vladimir Zelenski ilə oval kabinetdə mübahisəsindən sonra uğursuzluğa düçar olub.
Prezident Tramp bildirib ki, ABŞ və Ukrayna nadir torpaq metalları üzrə saziş imzalamağa hazırdır. Onun sözlərinə görə, sənədlər artıq razılaşdırılıb və sövdələşmənin özü “yaxın vaxtlarda” bağlanacaq.
Eyni zamanda ABŞ-nin Rusiya və Ukrayna ilə danışıqları Səudiyyə Ərəbistanında baş tutub. Tramp qeyd edib ki, tərəflər münaqişədə demarkasiya xətləri, bəzi ərazilərdə güzəştlər və ABŞ-ın Ukrayna nüvə stansiyalarına mümkün nəzarəti müzakirə ediblər.
ABŞ dövlət katibi Marko Rubio da Trampın sülh danışıqlarındakı rolunu vurğulayıb: “Tramp hər iki tərəfi danışıqlar masası arxasına gətirən prezidentdir”.
Əvvəllər sazişin imzalanması Vladimir Zelenskinin Vaşinqtona səfərindən sonra onunla Tramp arasında ictimai mübahisə baş vermişdi. Görüşün nəticəsi olaraq Ukrayna prezidentindən “Ağ Evi tərk etməsi xahiş edilib” və sazişin imzalanması təxirə salınıb.
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ