İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiya-Ukrayna müharibəsindən danışdı: "İrəliləyiş əldə edirik"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması istiqamətində irəliləyiş əldə etdiyini bildirib.

Musavat.com xəbər verir ki, bununla belə o, Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi mümkün danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

“Mən bu danışıqları aparmışam. Belə deyək, mən bunu etmişəm… Və daha çox görüşlər gözləyirəm. Biz bu müharibəni bitirməliyik”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasını istəyir və bu istiqamətdə irəliləyiş əldə olunduğuna inanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR