Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi yüksək gəlirli və varlı şəxslərin gəlirlərinə əlavə vergi tətbiq etməyi planlaşdırmır.
Bu barədə maliyyə nazirinin birinci müavini İrina Okladnikova açıqlama verib.
Okladnikovanın sözlərinə görə, hazırkı iqtisadi şəraitdə belə bir addım “artıq həddən çox” hesab olunur və iqtisadi sabitliyə mənfi təsir göstərə bilər: “Əlavə dəyişiklik nəzərdə tutulmur. Hesab edirik ki, bu, artıq izafi olar. Bu, çox böyük diferensiasiyaya gətirib çıxaracaq və əks effekt verəcək”, – deyə Okladnikova vurğulayıb.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ