Onlayn ictimai-siyasi qəzet
Latviya hakimiyyəti 841 Rusiya vətəndaşına oktyabrın 13-dək ölkəni tərk etmələrini tələb edib.
Musavat.com xəbər verir ki, məlumatı Avropanın “Politico” nəşri Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin (OCMA) kommunikasiyalar üzrə direktoru Madara Pukeyə istinadən məlumat yayıb. Bildirilir ki, həmin şəxslər latış dilini bilmələrini sübut edə və məcburi təhlükəsizlik yoxlamasından keçə bilməyiblər.
2024-cü ildə Latviya ölkədə qalmaq istəyən Rusiya vətəndaşları üçün immiqrasiya qaydalarını sərtləşdirib. Dəyişikliklər onlardan 30 iyun 2025-ci ilə qədər Aİ-nin daimi rezidentlik statusu üçün müraciət etmələrini, latış dilində A2 səviyyəsində biliyi nümayiş etdirmələrini və təhlükəsizlik və məlumat yoxlanışından keçmələrini tələb edir.
Qəzetin məlumatına görə, dəyişikliklər təxminən 30 min Rusiya vətəndaşını əhatə edib. Dəyişikliklər qüvvəyə mindikdən sonra təxminən 2600 nəfər könüllü olaraq Latviyanı tərk edib.
841 nəfər tələb olunan sənədləri vaxtında təqdim edə bilməyib. Pukenin sözlərinə görə, oktyabrın 13-dən sonra onların ölkədə qalması qeyri-qanuni olacaq.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ