Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Venesuela Prezidenti Nikolas Maduro Donald Tramp administrasiyası ilə aparılan son “gizli danışıqlar” zamanı mühüm iqtisadi güzəştlər təklif edib.
Məlumata əsasən, Maduro ABŞ-la müharibədən yayınmaq və qarşıdurmadan qaçmaq məqsədilə bütün mövcud və gələcək neft və qızıl layihələrini Amerika şirkətlərinə açmağa hazır olduğunu bildirib. O, həmçinin Amerika bizneslərinə güzəştli müqavilələr təqdim etməyi və Venesuela neftinin Çinə ixracını dayandıraraq ABŞ-a yönləndirməyi təklif edib.
Bundan başqa, Maduro Venesuelanın Çin, İran və Rusiya ilə enerji və mədən sahəsində əməkdaşlığı dayandırmağa da razı ola biləcəyini bildirib.
Nəşrin yazdığına görə, bu təkliflər Vaşinqton tərəfindən ehtiyatla qarşılanıb və Tramp administrasiyası Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi məsələsində tələsməyib. ABŞ rəsmiləri hesab edir ki, Karakas rejiminin məqsədi əsasən öz mövqeyini qorumaq və beynəlxalq təzyiqdən xilas olmaqdır.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ