Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı və Panama kanalını nəzarətə almaq niyyətində olduğunu bir daha bəyan edib.
Musavat.com bildirir ki, Tramp bu məqsədə çatmaq üçün hərbi müdaxiləni də istisna etmədiyini bildirib.
“Bir şeyi dəqiq deyə bilərəm: bunlar bizim iqtisadi təhlükəsizliyimiz üçün vacibdir. Hərbi müdaxilədən imtina etmək kimi bir öhdəlik götürə bilmərəm. Ola bilər ki, nəyisə etməli olacağıq”, – deyə Tramp Mar-a-Laqoda keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, təxminən 57 min nəfərin yaşadığı Qrenlandiya geniş muxtariyyətə malikdir. Lakin adanın iqtisadiyyatı böyük ölçüdə Danimarka hökumətinin subsidiyalarından asılıdır.
Mənbə: BBC Russian
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ